 |
Xanlar inzibati rayonunun ərazisi 102,8 min hektar ərazini əhatə edir. Bunun 1200 ha – i çoxillik əkin sahələri, 55 ha – i baglar, 1100 ha – i üzümlüklər, 74 ha –i dincə qoyulmus sahələr, 1977 ha – i biçənəklər və 35716 ha – i örüslərdir. Ümumilikdə, k/t yararli torpaq sahələri cəmi 58500 ha – dir. Mesə sahələri isə 15802 ha – i əhatə edir.
Rayonun əhalisinə gəldikdə, bu 54,2 min nəfərdir ki, bunun da 64,18 % -i 35 yasadək usaq, yeniyetmə və cavanlarin payina düsür. əhalinin milli tərkibi zəngindir: azərbaycanlilar, türklər, ruslar, ukraynalilar kürdlər, ləzgilər, tatarlar, talislar, ermənilər və digər millətlər.
əhalinin 3,41 % - i Ali təhsil ocaqlarina, 0,91 % - i orta ixtisas müəssisələrində, 95,28 % - i orta ümumtəhsil məktəblərində və 0,4 % isə digər tədris müəssisələrində təhsil alirlar.
Rayonda savadi olmayan insanlar azliq təskil etsələr də (2,47 %) təəssüf hissi ilə qeyd etməliyik ki, var.
əhalinin 11840 nəfəri qaçqinlarin, 5697 nəfəri isə məcburi köçkünlərin payina düsür.
Rayonun sosial – iqtisadi göstəricilərinə gəldikdə 16 mədəniyyət evi, tarix – diyarsünasliq muzeyi, musiqi məktəbi, 17 klub, 45 kitabxana, 395 yerli xəstəxana, 30 yerli dogum evi, 3 əczaxana, 47 ümumtəhsil məktəbləri, usaq idman məktəbi vardir.
Rayonda fəaliyyət göstərən sənaye müəssisələrdə çalisan isçilərin orta siyahi sayi 667, onlarin hər birinə düsən orta ayliq əmək haqqi isə 136,6 min manatdir.
əsas sənaye sahələri kimi sərabçiliq, ət və ət məhsullari, süd və süd məhsullari sənayesini göstərmək olar. |
|